Səkkiz ayda ölkədən 15 mlrd. kubmetrdən çox təbii qaz ixrac edilib

15:54 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. 2022-ci ilin səkkiz ayında ölkədən 15 milyard 53,9 milyon kubmetr təbii qaz ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri 10 milyard 317,6 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2021-ci ilin eyni aylarında Azərbaycandan 2 milyard 350,3 milyon dollar dəyərində 13 milyard 241,7 milyon kubmetr təbii qaz ixrac edilib.