Səkkiz ayda ixrac olunan neft koksunun dəyəri açıqlanıb

14:17 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. 2022-ci ilin səkkiz  ayında ölkədən 89,6 min ton neft koksu ixrac edilib.

Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir.

Məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 23 milyon 50,4 min ABŞ dolları olub.

Xatırladaq ki, 2021-ci ilin eyni aylarında ölkədən 195,5 min ton neft koksu ixrac olunub, ixracın dəyəri 15 milyon 120,9 min ABŞ dolları təşkil edib.