Pərviz Şahbazov: Azərbaycanda elektrik enerjisi istehsalı artıb

15:41 - 14.09.2022


14 sentyabr, Fineko/abc.az. Cari ilin 8 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,6 % artaraq 19 milyard 115,7 milyon kVt/saat təşkil edib.

ABC.AZ  xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz tvitter səhifəsində yazıb.

"Bu dövrdə ixrac 1 milyard 406,4 milyon kVt/saat, idxal isə 94,3 milyon kVt/saat olub”, - P. Şahbazov bildirib.