09:25 - 14.09.2022
14 sentyabr, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri çərşənbə günü hərraclarda aşağı düşür.
Saat 09:06-da London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin noyabr fyuçersləri $0,54 (0,58%) - barrel başına $92,63-ə qədər ucuzlaşıb. 13 sentyabr ticarətinin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $0,83 (0,88%) - barrel başına $93,17-ə düşdü.
Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində saat 09:06-da WTI neftinin oktyabr fyuçersləri $0,52 (0,60%) - barrel başına $86,79-a düşdü. 13 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersi $0,47 (0,54%) - barrel başına $87,31-a düşüb.