17:19 - 12.09.2022
12 sentyabr, Fineko/abc.az. Serbiya noyabrın 1-dən etibarən Rusiya neftinin əvəzinə İrandan neft idxal edəcək.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Serbiyanın dağ sənayesi və energetika naziri Zoran Mixayloviç açıqlayıb.
Qeyd edək ki, Serbiya Prezidenti Aleksandr Vuçiç avqust ayında bildirmişdi ki, ölkə Rusiyanın enerji daşıyıcılarına alternativ axtarır.
O bu zaman qeyd etmişdi ki, Serbiya Qərbin sanksiyaları səbəbindən noyabrın 1-dən etibarən Rusiya neftindən məhrum olacaq.