10:01 - 6.09.2022
6 sentyabr, Fineko/abc.az. Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiymətində dəyişiklik hiss olunub.
Belə ki, martın əvvəlindən bu yana ilk dəfə olaraq Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 500 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
ABC.AZ xəbər verir ki, 5 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti 2 463,2 dollar təşkil edib.
Bu da öncəki hesablama qiyməti ( 2 219,6 dollar) ilə müqayisədə 11% çoxdur.
Qeyd edək ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlmişdi.