14:29 - 5.09.2022
5 sentyabr, Fineko/abc.az. Bu gün keçiriləcək iclas zamanı “OPEC+” ölkələrinin nazirləri digər variantlarla yanaşı, gündəlik neft hasilatının 100 min barel azaldılması imkanlarını müzakirə edəcəklər.
ABC.AZ xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Qeyd edək ki, “OPEC+” üzvləri avqustun 3-də keçirilən iclasda sentyabrda gündəlik neft hasilatının 100 min barel artırılmasını təsdiqləyiblər. Yekun kommunikedə həmçinin vurğulanıb ki, dünyada sərbəst neft hasilatı imkanları ciddi şəkildə məhduddur və onlar ehtiyatla istifadə edilməlidir.