09:35 - 5.09.2022
5 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi günü keçirilən ticarətdə artır.
Saat 09:22-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin noyabr fyuçersləri $1,92 (2,06%) - barrel başına $94,94-ə qədər bahalaşıb. Ticarət nəticələrinə görə, sentyabrın 2 - də Brent neftinin noyabr fyuçerslərinin qiyməti $0,66 (0,72%) - barrel başına $93,02-ə qədər artıb.
Saat 09:22-də Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin oktyabr fyuçersləri $1,70 (1,96%) - barrel başına $88,57-ə yüksəldi. 2 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersi $0,26 (0,30%) - barrel başına $86,87-a yüksəldi.
Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 6,1%, WTI - 4,6% ucuzlaşıb.