Avropa İttifaqı ölkələrinin enerji nazirləri toplanır – Təfərrüat

10:12 - 30.08.2022


30 avqust, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) ölkələrinin enerji nazirləri növbədənkənar toplanacaq.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Avropa İttifaqına sədrlik edən Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela Avropadakı enerji böhranı ilə bağlı yerli mətbuata açıqlamalar verib.

Elektrik bazarının 30 ildir avropalılara xidmət etdiyini və enerji qiymətlərini aşağı saldığını qeyd edən Sikela bildirib ki, indi enerji bazarının lazım olduğu kimi işləmədiyini qəbul etməliyik. Dövrün sədri olaraq AB ölkələrinin enerji nazirlərini növbədənkənar iclasının çağırıldığını qeyd edən Sikela, bu görüşün sentyabrın 9-da keçirilməsinə qərar verildiyini bildirib.