Avropada elektrik enerjisinin qiymətləri rekord qırır

15:35 - 29.08.2022


29 avqust, Fineko/abc.az. Almaniyada 2023-cü ildə təhvil veriləcək elektrik enerjisi üzrə müqavilənin qiyməti regiondakı enerji böhranı səbəbindən ilk dəfə olaraq 1000 avronu ötüb.

ABC.AZ xəbər verir ki, elektrik enerjisinin qiyməti gündəlik 6,6 faiz artaraq meqavat saat üçün 1050 avroya çatıb. Fransada elektrik enerjisi fyuçerslərinin qiyməti də 1000 avronu keçib.

Buna səbəb kimi Rusiyanın qaz təchizatını kəsməsi göstərilir.

Belə ki, Kremlin qaz təchizatını kəsməsindən sonra Avropada elektrik enerjisinin qiymətləri rekord qırır. Enerji xərclərinin qaçılmaz artması Avropada inflyasiyaya səbəb olur, ev təsərrüfatları və şirkət balanslarına təzyiq göstərir.

Müəllif: Elmir Murad