bp-nin Şahdənizlə bağlı proqramı nə yerdə qalıb?

15:15 - 29.08.2022


29 avqust, Fineko/abc.az. Şahdəniz yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi məlumat verir ki, Şahdənizin illik iş proqramının bir hissəsi olaraq Şahdəniz Alfa platformasında və Səngəçal terminalındakı Şahdəniz 1 qurğularında 2022-ci il avqust  ayının 14-dən başlayaraq 14 gün ərzində planlaşdırılmış profilaktik işlər proqramı tam şəkildə həyata keçirilmiş və proqram uğurla başa çatıb.

ABC.AZ xəbər verir ki, proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunmuş, platformanın və terminalın hasilat və ixrac sistemləri artıq işə salınıb.

Hazırda hasilatın tədrici artırılması prosesi davam edir.