09:30 - 29.08.2022
29 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi günü ticarətdə artır.
Saat 09:21-də London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi $0,71 (0,70%) - barrel başına $101,70-a qədər bahalaşıb. Ticarət nəticələrinə görə, 26 avqustda Brent neftinin oktyabr fyuçersi $1,65 (1,66%) - barrel başına $100,99-ə yüksəldi.
09:21-də Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin oktyabr fyuçersləri $1,05 (1,13%) - barrel başına $94,11-ə yüksəldi. 26 avqust ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $0,54 (0,58%) - barrel başına $93,06-ə yüksəldi.
Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 4,42%, WTI isə 2,90% bahalaşıb.