12:18 - 25.08.2022
25 avqust, Fineko/abc.az. Qazaxıstan Azərbaycanla öz neftinin nəqlinin mümkün yollarını müzakirə edir.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın “KazMunayQaz” (KMG) milli şirkətinin idarə heyətinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev məlumat verib.
"Qazaxıstan neftinin mümkün nəqli üçün Azərbaycan tərəfi ilə müxtəlif səviyyələrdə, o cümlədən dövlət və milli şirkətlər səviyyəsində müzakirələr aparılır. Təfərrüatlar hələ də razılaşdırılmalıdır. Azərbaycan tərəfi ilə razılıq əldə edildikdən sonra daha ətraflı məlumat verəcəyik", - Dauren Karabayev qeyd edib.
O xatırladıb ki, Azərbaycanın iki neft kəməri - Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa, potensial olaraq Qazaxıstan neftinin nəqli üçün istifadə oluna bilər.