TAP vasitəsi ilə Azərbaycandan Avropaya bu qədər təbii qaz nəql edilib

15:04 - 23.08.2022


23 avqust, Fineko/abc.az. Trans-Adriatik Boru Kəməri (TAP) istismara veriləndən indiyə kimi ölkəmizdən Avropaya nəql edilmiş təbii qazın həcmi məlum olub.

ABC.AZ xəbər verir ki, TAP konsorsiumunun "Twitter" hesabında edilmiş paylaşımda  Azərbaycandan Avropaya 15 mlrd. kubmetrdən çox təbii qaz nəql olunduğu qeyd edilib.

"TAP boru kəməri ilə ilk qaz axınının başlandığı 31 dekabr 2020-ci il tarixindən bəri Avropaya 15 mlrd. kubmetrdən çox qaz nəql edib və bu, Avropanın enerji təhlükəsizliyinə töhfə verib”, - paylaşımda qeyd olunur.