10:26 - 23.08.2022
23 avqust, Fineko/abc.az. Oktyabr ayına qədər bəzi uçuşları ləğv etməyə davam edəcəyi gözlənilən "British Airways", qış mövsümü üzrə də minlərlə uçuşu ləğv edəcək.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, British Airways 2023-cü ilin mart ayının sonuna qədər uçuşların ümumi sayını 8 faiz azaldacaq. Bu, təxminən 10 min uçuş deməkdir.
Qeyd edək ki, Hitrou hava limanı uçuş və baqaj gözləmə müddətini azaltmaq üçün bir sıra məhdudiyyətlər tətbiq edib. Bu məhdudiyyətlər British Airways-in uçuş cədvəllərinə mənfi təsir göstərir.