“WhatsApp” bundan sonra belə işləyəcək - Detallar

10:21 - 22.08.2022


22 avqust, Fineko/abc.az. “WhatsApp” messencerində “birdəfəlik” baxmaq üçün nəzərdə tutulan foto və videolarda yenilik olub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra bu tip faylların ekran görüntüsünü qeyd etmək mümkün olmayacaq.

Belə qadağa artıq Android proqramının beta versiyasında sınaqdan keçirilir.

“WhatsApp” “birdəfəlik” faylı göndərməzdən əvvəl istifadəçini ona yalnız bir dəfə baxa bilməsi haqqında məlumatlandırır.