17:26 - 5.08.2022
5 avqust, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində görüləcək işlərlə bağlı məlumat yayıb.
ABC.AZ Agentliyə istinadla xəbər verir ki, avqustun 5-6-da Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 58-ci kilometrlik hissəsində (Şamaxı rayonu istiqamətində) təmir işləri aparılacaq.