09:40 - 4.08.2022
4 avqust, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə kəskin azaldıqdan sonra cümə axşamı günü neftin etalon markalarının qiymətləri ticarətində artmaqdadır.
London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersləri saat 09:27-də $0,26 (0,27%) – barrel başına $97,04-ə qədər bahalaşıb. Avqustun 3 - də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersi $3,76 (3,74%) - barrel başına $96,78-ə qədər yuvarlandı.
Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində saat 09:28 üçün WTI neftinin sentyabr fyuçersləri $0,36 (0,40%) - barrel başına $91,02-ə yüksəldi. Avqustun 3 - də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin sentyabr fyuçerslərinin qiyməti $3,76 (3,98%) - barrel başına $90,66-a düşüb.