09:35 - 25.07.2022
25 iyul, Fineko/abc.az. Bazar ertəsi günü keçirilən hərraclarda neftin etalon markalarının qiyməti azalır.
London ICE Futures birjasında saat 09: 18-də Brent neftinin sentyabr fyuçersləri $0,88 (0,85%) - barrel başına $102,32-ə qədər ucuzlaşıb. 22 iyul ayının ticarətinin nəticələrinə görə, Brent neftin sentyabr fyuçersləri $0,66 (0,64%) - barrel başına $103,20-ə düşdü.
Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində saat 09:18-də WTI neftinin sentyabr fyuçersləri 0,97 (1,02%) - barrel başına $93,73-a düşdü. 22 iyul ticarətinin nəticələrinə görə, WTI neftinin sentyabr fyuçersləri $1,65 (1,71%) - barrel başına $94,70-ə qədər azalıb.