17:18 - 21.07.2022
21 iyul, Fineko/abc.az. Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,8 milyondan çox istifadəçi qeydə alınıb.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 6 ayı ərzində portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 651 milyon 001 min 786 kassa çeki üzrə 267,2 milyon manatdan çox, təkcə bu ilin yanvar-iyun ayları ərzində isə 222 milyon 747 min 769 cek üzrə 95,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026