09:35 - 19.07.2022
19 iyul, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri ötən gün 5%-dən çox artdıqdan sonra çərşənbə axşamı ticarətdə aşağı düşür.
London ICE Futures birjasında Brent neftinin sentyabr fyuçersləri saat 09:28-də $0,41 (0,39%) - barrel başına $105,86-da ucuzlaşıb. Ticarət nəticələrinə görə, iyulun 18 - də Brent neftinin sentyabr fyuçers qiyməti $5,11 (5,05%) - barrel başına $106,27-ə yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin avqust fyuçersləri saat 09:28-də $0,22 (0,21%) - barrel başına $102,38-ə düşdü. 18 iyul ticarətinin nəticələrinə görə, Brent neftin avqust fyuçerslərinin qiyməti $5,01 (5,13%) - barrel başına $102,60-a yüksəldi.