11:10 - 15.07.2022
15 iyul, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Türkan Holding” MMC-ni qeydiyyata alıb.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, holdinqin nizamnamə kapitalı 60 min manatdır və qanuni təmsilçisi Hindistan Respublikasının vətəndaşı Pallıkuzhi Irshad-dır. “Türkan Holding” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Puşkin ev.12/14 m.30. ünvanıdır.
12 Avqust 2026