Türkiyədən Azərbaycana hazır geyim ixracı azalıb  

16:30 - 13.07.2022


13 iyul, Fineko/abc.az. Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz azaldaraq 4,6 milyon dollara çatdırıb.

ABC.AZ xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə Azərbaycana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 25,4 faiz artıraraq 29,4 dollara çatdırıb. Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında dünya üzrə Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq 10,8 milyard dollara bərabər olub.