14:01 - 17.06.2022
17 iyun, Fineko/abc.az. Enerji təchizatı müəssisəsinin istehlakçıya istilik enerjisinin verilməsini hansı hallarda dayandıracağı müəyyənləşib.
ABC.AZ xəbər verir ki, bununla bağlı Milli Məclisin iclasında qeyd edilib. Dəyişikliyə əsasən, aşağıdakı hallarda istilik enerjisinin verilməsi dayandırılır:
- İstehlakçının müvafiq yazılı müraciəti (istilik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
- Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi istilik enerjisinin hesabı istehlakçıya təqdim edildikdə (göstərildikdə) sonra müvafiq vəsait 1 ay müddətində tam məbləğdə ödənilmədikdə;
- enerji təchizatı müəssisəsi ilə müvafiq müqabilə bağlanmadıqda;
Dəyişikliklər müzakirələrdən sonra üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
21 Avqust 2026