11:30 - 17.06.2022
17 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 120 milyon ABŞ dollarını ötüb.
ABC.AZ xəbər verir ki, hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 72,4 milyon dollar, idxalın dəyəri isə 48,2 milyon dollar təşkil edib.
Qeyd edək ki, ötən ilin yanvar-dekabr aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 424,5 milyon ABŞ dolları olub.
14 Avqust 2026
14 Avqust 2026