“Lion” içkisi satışdan çıxarıldı - Təfərrüat

16:47 - 14.06.2022


14 iyun, Fineko/abc.az. Nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində istehlakçılara təqdim olunan enerji içkisi və bir sıra digər içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər aparılıb.

Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a bildirilib ki, bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən enerji içkilərindən və bir sıra digər içkilərdən nümunələr götürülərək laborator analizlər həyata keçirilib.

Araşdırmaların nəticəsinə uyğun olaraq, “Ayan” MMC tərəfindən istehsal edilən “Lion” əmtəə nişanlı içkinin enerji içkisi olduğu öz təsdiqini tapsa da, etiket məlumatları və markalanmada qanunvericilik tələblərinə əməl olunmadığı üçün həmin məhsul satış şəbəkələrindən çıxarılıb.