Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi rekord səviyyəyə çata bilər - Səfir

14:26 - 14.06.2022


14 iyun, Fineko/abc.az. Cari ilin yekunlarına görə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi rekord səviyyədə, 4 mlrd. dollar ola bilər.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov “Bakinskiy raboçiy” qəzetinə müsahibəsi zamanı bildirib.

O ümid etdiyini bildirib ki, bu ilin sonuna kimi bizim ticarət dövriyyəmizin həcmi 4 mlrd. dollara çatacaq.

"Hər bir halda bunun baş verməsi üçün hər şey edəcəyik. Çünki bunun üçün ilkin şərtlər mövcuddur. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin 4 ayında hər iki ölkə arasında ticarət həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 6,44% artaraq 893,5 mln. dollar olub", - deyə səfir vurğulayıb.