11:39 - 14.06.2022
14 iyun, Fineko/abc.az. Azərbaycanda “Aviasiya haqqında" Qanun layihəsinin işlənilməsi tamamlanıb və burada hətta dronların qeydiyyatı ilə bağlı qaydalar var.
ABC.AZ-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev innovasiya ekosistemi nümayəndələri ilə görüşü zamanı deyib.
Nazir qeyd edib ki, "Aviasiya haqqında" Qanun qəbul edilən kimi, dronların qeydiyyatı elektronlaşdırılacaq. O daha sonra sözlərinə belə davam edib:
"Dronların qeydiyyatı ilə bağlı qaydalar var. Burada dronların elektron şəkildə qeydiyyatından söhbət gedir. Burada kifayət qədər mütərəqqi yanaşma mövcuddur".
17 Avqust 2026
15 Avqust 2026