10:57 - 13.06.2022
13 iyun, Fineko/abc.az. Qablaşdırma nəhəngi “Tetra Pak” şirkətinə məxsus məhsulların Rusiyaya idxalına qadağa qoyulub.
ABC.AZ xəbər verir ki, qərarı İsveçin Ticarət Məsələləri üzrə Milli Şurası qəbul edib.
Qurum bu qərarı Avropa İttifaqının aprelin 8-də qəbul etdiyi beşinci sanksiyalar paketi çərçivəsində verib.
Qeyd edək ki, “Tetra Pak” süd məhsulları və şirələr üçün 10 qablaşdırmadan yeddisini istehsal edir.
Bununla əlaqədar olaraq şirkət İsveç hakimiyyət orqanlarından uşaqlara “ərzaq şəklində humanitar yardım” göstərmək üçün istisna etməyi və məhsulların Rusiyaya ixracına icazə verməyi xahiş edib.
Müəllif: Elmir Murad
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026