09:55 - 7.06.2022
7 iyun, Fineko/abc.az. ABŞ məhkəməsi rusiyalı oliqarx Roman Abramoviçlə bağlı yeni qərar verib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə rusiyalı oliqarxa məxsus ABŞ istehsalı olan iki təyyarənin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozduğuna görə ələ keçirilməsinə icazə verib.
Detallara əsasən, Abramoviç ABŞ istehsalı olan təyyarə və təyyarə hissələrinə qoyulan qadağalara məhəl qoymayaraq 2 təyyarəsini icazəsiz Rusiyaya apartdırıb.
Sözügedən təyyarələrin bir sıra şirkətlər vasitəsilə Roman Abramoviçə məxsus olduğu və təyyarələrin ümumi dəyərinin 400 milyon dollardan çox olduğu qeyd olunub.
Müəllif: Elmir Murad
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026