14:20 - 6.06.2022
6 iyun, Fineko/abc.az. Bakıda “Şərq Bazarı” kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib.
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar.
Dövlət başçısına və birinci xanıma məlumat verilib ki, “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurması işləri icra olunarkən bir sıra nüanslara xüsusi diqqət yetirilib.
Bərpa zamanı layihə komandasının qarşısında duran əsas vəzifələr ilkin konsepsiyanın qorunması və xüsusi elementlərin saxlanılması olub. Kompleksdə yenidənqurma zamanı yerli materiallardan maksimum istifadə edilib, həmçinin müasir texnologiya və avadanlıqların tətbiqinə xüsusi diqqət yetirilib. “Şərq Bazarı”nın girişində kiril əlifbası ilə yazılmış orijinal yazı eyni kalliqrafiya inkişaf etdirilərək latın əlifbasına dəyişdirilib, daxildəki işarə və başlıqlar bazarın üslubuna uyğun yenidən dizayn olunub.
Bildirilib ki, bazarda 78 icarədar fəaliyyət göstərəcək. Bu isə 300 yeni iş yerinin yaranması deməkdir.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026