Neft bahalaşır, Brent barrel başına $120,43 təşkil edir

09:25 - 6.06.2022


6 iyun, Fineko/abc.az. Ötən həftə yüksəlişdən sonar, bazar ertəsi günü neftin etalon markalarının qiyməti artmaqdadır.

London ICE Futures birjasında ticarət zamanı Brent neftinin avqust fyuçerslərinin saat 09:13-də  $0,71 (0,59%) - barrel başına $120,43-ə qədər bahalaşıb. İyunun 3 - də hərracların nəticələrinə görə, Brent neftinin avqust fyuçerslərinin qiyməti $2,11 (1,79%) - barrel başına $119,72-ə yüksəldi.

Saat 09:13-də Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti $0,70 (0,59%) – barrel başına $119,57 artmışdır . 3 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti $2,00 (1,71%) - barrel başına $118,87-ə yüksəldi.

Ötən həftənin nəticələrindən bilindi ki, Brent neftinin qiyməti 3,6%, WTI - 3,3% artıb.