Potensial qaz istehlakçıları ilə müzakirələr aparırıq - İlham Əliyev

12:22 - 1.06.2022


1 iyun, Fineko/abc.az. Biz yeni çağırışları və tələbləri nəzərə alaraq digər potensial qaz istehlakçıları ilə müzakirələr aparırıq.

ABC.AZ xəbər verir ki, bunu bu gün Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Prezident İlham Əliyev bildirib.

“Mən aktiv əməkdaşlığa görə Cənub Qaz Dəhlizi layihəsinin iştirakçı ölkələri olan Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya hökumətlərinə minnətdarlığımı bildirmək istərdim. Yeni çağırışların və yeni tələblərin olduğunu nəzərə alaraq əlbəttə, biz artıq digər potensial istehlakçılarla müzakirələr aparırıq. Amma bunun üçün əlbəttə ki, sadəcə bizim səylərimiz kifayət etməyəcək. Avropada infrastruktura, yeni interkonnekterlərin tikilməsinə investisiya yatırılmalıdır və əlbəttə, şərtlərlə bağlı razılaşma olmalıdır”, - Prezident İlham Əliyev vurğulayıb.