11:27 - 1.06.2022
1 iyun, Fineko/abc.az. Polşanın baş naziri Mateuş Moravski Avropa Birliyinin Rusiya neftinin başqa, 3-cü ölkələrə də satılmasını qadağan etmək barədə planlarını açıqlayıb.
ABC.AZ xəbər verir ki, baş nazir artıq Avropa Birliyinin bununla bağlı planlarının olduğunu bildirib.
"Polşa və artıq getdikcə daha çox ölkələr təkrar sanksiyalar barədə danışırlar. Bu elə bir mexanizmdir ki, neftin təkcə Avropa ölkələrinə deyil, ümumiyyətlə, birlikdən kənar ölkələrə də satışına qadağa qoyur" deyə M.Moravski qeyd edib.
Qeyd edək ki, bir qədər əvvəl Fransa prezidenti Makron Avropa İttifaqının 2022-ci ilin sounna kimi, Rusiya neftinin idxanını 92% azaldacağını vurğulayıb.
25 Avqust 2026