11:47 - 23.05.2022
23 may, Fineko/abc.az. Slovakiyanın neft ehtiyatları 105 gün, təbii qazı isə bir aylıq qalıb.
ABC.AZ xəbər verir ki, bu barədə xarici mediaya Slovakiya Neft və Qaz Assosiasiyasının icraçı direktoru Rixard Kvasnovski danışıb.
O qeyd edib ki, ümumi həcmi 3,5 milyard kubmetr olan Slovakiyanın yeraltı qaz anbarları hazırda 25% doludur.
İcraçı direktor bildirib ki, qaz anbarları kommersiya şirkətlərinə məxsusdur və bu, dövlətin onların işinə təsir imkanlarını məhdudlaşdırır.
O qeyd edib ki, ölkəsi istehlak etdiyi qazın ən azı 85%-ni Rusiyadan alır.
Gələcəkdə ABŞ-dan, Fars körfəzi ölkələrindən və ya Norveçdən qaz nəqli onun mümkün əvəzedicisi ola bilər. Ölkə artıq maye qazla dolu iki tanker alıb.
Müəllif: Elmir Murad
21 Avqust 2026
19 Avqust 2026