10:32 - 20.05.2022
20 may, Fineko/abc.az. 30 may tarixindən etibarən Həştərxan-Bakı-Həştərxan marşrutu ilə uçuşlar bərpa ediləcək.
ABC.AZ-ın məlumatına görə, uçuşu Rusiyanın “Azimut” aviaşirkəti həyata keçirəcək.
Bu barədə aviaşirkət məlumat yayıb. Qeyd edilib ki, uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə günləri cədvəl üzrə olacaq.
Əlavə rüsumlar nəzərə alınmadan bir istiqamətə biletin qiyməti 80 avrodan başlayır.
21 Avqust 2026
19 Avqust 2026