10:48 - 12.05.2022
12 may, Fineko/abc.az. Son aylar ərzində kolbasa və sosisin qiyməti kəskin artıb. Alıcılar bildirirlər ki, bahalaşma xüsusilə yerli məhsulların qiymətində özünü göstərir. Onların sözlərinə görə, qiymətlər stabil deyil, artıq vəziyyət o həddə çatıb ki, hər alış-veriş edərkən yüksəlmiş yeni qiymətlərlə qarşılaşırlar.
ABC.AZ xəbər verir ki, satıcılar isə Xəzər Xəbər-ə deyib ki, yeni qiymətləri onlar deyil, firmalar müəyyən edir.
Mağaza müdiri Məhəmməd Məmmədovun sözlərinə görə, təkcə son bir ayda qiymət 15%-ə yaxın artıb.
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, əsas səbəb hazırda dünya ərzaq bazarında baş verən bahalaşmadır. Dünya ərzaq bazarında aprel ayında ət məhsullarının qiyməti 90-cı illərdən bəri rekord qiymətə qalxıb.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026