Yaponiyanın siqaret istehsalçısı Rusiyadan gedir

12:07 - 28.04.2022


28 aprel, Fineko/abc.az. Dünyanın ən böyük siqaret istehsalçılarından olan Yaponiyanın “Japan Tobacco” korporasiyası Rusiyadakı biznesini satmaq istəyir.

ABC.AZ-ın məlumatına görə, korporasiya rəhbərliyi buna səbəb kimi Ukraynada cərəyan edən hadisələr və bununla əlaqədar meydana gəlmiş çətinlikləri göstərib. Məsələ ilə bağlı şirkət bəyanat da yayıb.

Bəyanatda deyilir: “Daha əvvəl də bəyan edildiyi kimi Rusiya ərazisində yeni investisiyalar və marketinq tədbirləri artıq dayandırılıb. Lakin biznesin aparılması üçün meydana gələn mürəkkəb şərtləri və şirkətimizin sabit və dayanıqlı fəaliyyəti üçün ciddi maneələrin yaranmasını ehtimalını nəzərə alaraq, Rusiya bazarında tütün biznesinin idarə edilməsi variantlarını, o cümlədən bu biznesin “JT Group” dayandırılmasını nəzərdən keçirmək qərarına gəlmişik”.