16:38 - 22.04.2022
22 aprel, Fineko/abc.az. Rusiya qazına kəskin embarqo Almaniyada və bütün Avropada ciddi iqtisadi böhrana səbəb olacaq.
ABC.AZ xəbər verir ki, bunu Der Spiegel qəzetinə müsahibəsi zamanı Almaniya kansleri Olaf Şolz bildirib.
Kansler qaz embarqosunda heç bir məna görmür - bu, yalnız iqtisadiyyat üçün böyük itkilər demək olacaq, lakin sülhün bərqərar olmasına gətirib çıxarmayacaq. Bundan əlavə, embarqo Almaniyanın Ukraynaya gələcək yardımı üçün çətinliklər yaradacağını bildirib.
Həmçinin, Fransa Maliyyə Nazirliyi təsdiq edib ki, Avropa Parlamentinin çağırışına baxmayaraq, Rusiyadan qaza embarqo Rusiyaya qarşı mümkün sanksiya kimi hələ müzakirə edilmir, çünki belə bir qadağa bir neçə ölkənin iqtisadiyyatını təhdid edir.
20 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026