11:29 - 12.04.2022
12 aprel, Fineko/abc.az. Azərbaycandan olan startap "Braille Teach", Inc. GHR Foundation-dən 215 000 dollar qrant alıb. Braille Teach, görmə məhdudiyyətli şəxslərə Brayl əlifbasını daha asan öyrənmək imkanı yaradan aparat yaradıblar.
ABC.AZ Banker-ə istinadən xəbər verir ki, "Braille Teach"-in yaradıcısı, ixtiraçı Rəşid Əliyev bildirib ki, bu qrant onlara "Braille Teach" aparatının kütləvi istehsalına imkan yaradacaq.
Startap ilkin olaraq ABŞ bazarını mənimsəməyə çalışacaq - bunun ardınca Avropa, Avstraliya, Yeni Zellandiya, Hindistan bazarlarına fokuslanma nəzərdə tutulub.
12 Avqust 2026