Bu şirkət nizamnamə kapitalını 1 951 000 manat artırdı

12:01 - 11.04.2022


11 aprel, Fineko/abc.az. “Balacans Agro Food” MMC nizamnamə kapitalını 1 951 000 manat artırıb.

ABC.AZ-ın Banker-ə istinadən məlumatına görə, “Balacans Agro Food” MMC nizamnamə kapitalını 9 908 217 manatdan 11 859 217 manata qaldırıb.

Qeyd edək ki, “Balacans Agro Food” MMC qida məhsullarının istehsalı, qablaşdırılması (“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC üçün “Cappy” meyvə şirəsi və s.), satışı, meyvə bağları və birillik əkin, soyuducu anbar və enerji içkilərinin qablaşdırılması sahələrində fəaliyyət göstərir.