15:04 - 6.04.2022
6 aprel, Fineko/abc.az. Azərbaycan ofşor zonalarda külək enerjisi potensialına görə dünyada 2-ci ölkədir.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu Qlobal Külək Enerjisi Şurasının (Global Wind Energy Council - GWEC) hazırladığı "Global Wind Report 2022" hesabatında qeyd edilir.
Hesabatda deyilir ki, ölkəmizin, təxminən, 157 qiqavatt külək enerjisi potensialı var və hökumət 2030-cu ilə qədər ümumi enerji qoyuluşunda bərpa olunan enerjinin payını 30 %-ə çatdırmağı planlaşdırır.
"Yaşıl hidrogen" siyasəti ilə əlaqədar olaraq isə 2060-cı ildə bu zona sıfır emissiya regionu olacaq.
Hesabata görə, bu sırada Azərbaycanla yanaşı Avstraliya, Şri-Lanka və Türkiyənin adı yer alıb.
Belə ki, Avstraliyanın potensialı 4 963 qiqavatt, Şri-Lankanın imkanları 92 qiqavatt və Türkiyənin potensialı isə 70 qiqavatt olaraq müəyyən edilib.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026