Bundan sonra SOCAR kənar podratçılarla işləyəcək - Detallar

10:39 - 6.04.2022


6 aprel, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) portfoliosuna strateji əhəmiyyətli ehtiyatlara malik olan yataqlarla yanaşı, tükənmiş, çətin çıxarıla bilən ehtiyatlarla müşahidə edilə bilən yataqlar da daxildir.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov bu gün keçirilən parlamentin plenar iclasında bildirib.

Onun sözlərinə görə, bu yataqlarda hasilatın stabil saxlanılması, artırılması və eyni zamanda fəaliyyətin dayanıqlığını təmin etmək üçün vəsait tələb edən, ancaq SOCAR-ın ümumi strategiyası baxımından o qədər də investisiya yatırılması baxımından maraq kəsb etməyən yataqların işlənilməsində kənar podratçı tərəflərin xüsusi rejimli risk xidmət sazişlərinin çərçivəsində işlənilməsinə üstünlük verilir.