17:36 - 5.04.2022
5 aprel, Fineko/abc.az. Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq 182 kilometrlik Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (Interconnector Greece – Bulgaria - IGB) tikintisi çərçivəsində 90-95% işlər yerinə yetirilib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Yunanıstan mətbuatının verdiyi məlumata görə, gözlənilir ki, qaz kəmərinin tikintisi vaxtında bitəcək (sonuncu dəfə müəyyən edilən istifadəyə verilmə tarixi – 2022-ci ilin iyul ayı) və iyulun əvvəlində qaz Yunanıstandan bu xətt ilə Bolqarıstana tədarük ediləcək.
Qeyd olunur ki, IGB kəmərinin tikintisi bitmək üzrədir.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin istifadəyə verilməsinin təxirə salınması səbəbindən (2020-ci ilin sonunda istifadəyə verilməli idi) Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026