Neft, ötən gün düşdükdən sonra bahalaşıb, Brent bir barelə $101,05 təşkil edir

09:25 - 16.03.2022


16 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən gün 6%-dən çox azaldıqdan sonra çərşənbə günü hərracda artır.

9:12-də London ICE Futures birjasında ticarət üzrə Brent neftinin may fyuçersləri $1,14 (1,14%) - barrel başına $101,05-ə yüksəldi. Martın 15-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in may ayı üzrə  fyuçerslərinin qiyməti $6,99 (6,54%) - barrel başına $99,91-a düşüb.

Saat 9:12 - də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin aprel ayı üzrə fyuçersləri $0,67 (0,69%) - barrel başına $97,11-dək bahalaşıb. Martın 15-də keçirilən hərracların nəticələrinə görə, apreldə WTİ-nin fyuçerslərinin qiyməti $6,57 (6,38%) barrel başına $96,44-ə düşüb.