Prezident təməlqoyma mərasiminə qatılıb, çıxış edib

12:23 - 15.03.2022


15 mart, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib.