15:23 - 10.02.2022
10 fevral, Fineko/abc.az. 2021-ci il ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 3 milyard kubmetr səmt qazı təhvil verilib.
ABC.AZ xəbər verir ki, bu, bp şirkətinin Azərbaycandakı fəaliyyəti barədə ötən ilki hesabatında əksini tapıb. Hesabatda qeyd edilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
2021-ci ildə 231 milyon barel neft və kondensat Səngəçal terminalı vasitəsi ilə o cümlədən 200 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 31 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac həyata keçirilib.
21 Avqust 2026
19 Avqust 2026