14:44 - 10.02.2022
10 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bp şirkəti Azərbaycandakı fəaliyyəti barədə hesabat açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, ötən il şirkət ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi ala bilməsi ilə bağlı Şərqi Azəri platformasında aparılan quraşdırma işlərini davam etdirib.
Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir. 2021-ci ildə AÇG-dən ümumi hasilat – Çıraq (27 000), Mərkəzi Azəri (109 000), Qərbi Azəri (116 000), Şərqi Azəri (76 000), Dərinsulu Günəşli (86 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə – gündə orta hesabla 458 000 barel və ya ümumilikdə təxminən 167 milyon barel, yəni 23 milyon ton olub. Sentyabrın 18-də AÇG layihəsi yataqdan 4 milyon barel ümumi hasilat əldə olunub. İlin sonunda AÇG-də ümumilikdə 135 neft hasilat quyusu, 29 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026