16:36 - 4.02.2022
4 fevral, Fineko/abc.az. “Üzümdən ticarətə: Azərbaycan və Bolqar şərab ixracatçıları arasında sinerjinin qurulması” layihəsi çərçivəsində Azərbaycan şərab ixracatçıları bu ilin 8-12 mart tarixlərində Bolqarıstana tanışlıq səfəri zamanı öz məhsullarını təqdim edəcəklər.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK Azərbaycan) verilən məlumata görə, proqrama Plovdiv şəhərində keçiriləcək VINARIA şərab sərgisində iştirak daxildir.
Daha sonra, 14 mart tarixində Palatanın təşəbbüsü ilə 1-ci Avropa İttifaqı-Azərbaycan Şərab Sammitini və 13-17 mart tarixlərində isə Azərbaycan Şərab Marşrutu boyunca tədqiqat səfəri təşkil olunacaq.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026