Qarabağda neçə Türkiyə şirkəti çalışır?

14:47 - 3.02.2022


3 fevral, Fineko/abc.az. Qarabağda yenidənqurma işlərində 9 Türkiyə şirkəti çalışır.

ABC.AZ xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 20 milyard dolları, Türkiyənin Azərbaycana investisiyası isə 12 milyard dolları ötüb.

"Birgə hərbi təlimlərin miqyasını genişləndirdik. Azərbaycanla əlaqələrimizə tarixi və hüquqi məsuliyyət kimi baxırıq. Qarabağda 132 kvadrat kilometr ərazi minalardan təmizlənib və bu sahədə səylər davam etdiriləcək" deyə Kıran vurğulayıb.

Sonda isə o Azərbaycanla əlaqələrin yüksək səviyyədə olmasına önəm verdiklərini bildirib.